Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-05-2024 , 09:47

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nigar Məmmədova: “Xocəsən bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu daim diqqət mərkəzində saxlanılır”

“Binəqədi rayon Xocəsən bələdiyyəsi vətəndaşlarla iş və vətəndaş müraciətlərinə baxılması məsələlərinə hər zaman həssas münasibət göstərir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Nigar Məmmədova bildirib. Sədrin fikrincə, bu istiqamətdəki fəaliyyətdə əsas olaraq  “Vətəndaşların müraciətləri haqqında” Qanun götürülür.

Sədr bildirib ki, bələdiyyənin inzibati ərazisində yaşayan sakinlərin qəbulu ilə bağlı həyata keçirdiyi sistemli işlər yalnız bir məqsədə, vətəndaş məmnunluğunun təmin olunmasına və insanları narahat edən problemlərin aradan qaldırılmasına xidmət edir. Xocəsən bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu daim diqqət mərkəzində saxlanılır. Bələdiyyəyə müraciət edən hər bir vətəndaş bələdiyyənin sədri və sədr müavinləri tərəfindən günü istənilən vaxtında qəbul edilir, həmçinin, həftənin məlum günlərində qəbul saatına qaynar xətt vasitəsilə vətəndaşlar qəbula yazılır.

2024-cü ilin dörd ayında vətəndaşlardan 376 müraciət, o cümlədən aprel ayında 133, may ayının 1-ci 10 günlüyündə 46 müraciət daxil olmuşdur. Vətəndaşların müraciətlərinə, əsasən evlərin dövlət qeydiyyatında alınması, küçə adlarının verilməsi, maddi yardim, işlə təmin olunma, dəfn haqqında arayışın verilməsi, yaşadıqları küçənin asfaltlanması, kanalizasiya problemləri, sahibsiz itlərlə bağlı tədbir görülməsi, qurumuş ağacların götürülməsi,  və.s daxildir. Vətəndaşlar tərəfindən edilən müraciətlərin həll olunmasında bələdiyyənin səlahiyyətləri çərçivəsində həll olunan məsələlər yerindəcə həllini tapır. Digər məsələlərlə bağlı isə müvafiq orqanlara müraciət göndərilir və nəzarətdə saxlanılır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər